Karyera

Akkord Steel Construction Company MMC-də iş təcrübəsinə sahib olmaq, öyrənmək və inkişaf etmək istəyi olan hər kəs "TƏCRÜBƏ" keçmək üçün müraciət edə bilər.

·        Tələb olunan təhsil
          Ali məktəblərdə təhsil alan tələbələr

·        Tələb olunan dil bilikləri
        1.İngilis dili.
        2.Rus dili
  
        Tələb olunan iş təcrübəsi
        Arzu olunandır

·       Tələb olunan kompüter bilikləri
        Microsoft Ofice

·      Vəzifə funksiyaları
      Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması:
     Verilən məlumatlara əsasən müstəqil şəkildə şirkətin fəaliyyəti və şirkətin məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlər, məqalələr yazmaq və tərcümə etmək (azərbaycan, rus və ingilis dillərinə);
  Şirkətin korporativ web-saytları ilə işləmək, yazılmış şərhlər və müraciətləri cavablandırmaq; (content management);
    Yerinə yetirilmiş işlər barədə müntəzəm olaraq hesabatlar vermək və s.  

CV-nizi mövzu yerinə Təcrübə yazaraq Hr.steel@akkord.az e-mailinə göndərə bilərsiniz.

 

"Akkord Steel Construction Company" MMC keyfiyyət mühəndisi işə qəbulunu elan edir. Namizəddən tələblər aşağıdakılardan ibarətdir:

·        Tələb olunan təhsil
              Ali texniki təhsilli.

·        Tələb olunan tsertifikatlar
              1.QA/QC  sertifikatı
              2.Keyfiyyətin idarə olunması haqqında sertifikatlar.

·         Xarici dil biliyi
              İngilis və Rus dillərində (ümümi və texniki sahədə) yaxşı biliyi olanlara üstünlük verilir.

·        Tələb olunan iş təcrübəsi
              5 il metal konstruksiya sahəsində iş təcrübəsi.

·        Tələb olunan kompüter bilikləri
              1. Autocad
              2. Microsoft Ofice

·        Vəzifə funksiyaları

1. Cəmiyyətin siyasəti, məqsəd və hədəfləri istiqamətində tətbiq olunan Keyfiyyət İdarəetmə Sistemi şərtlərinə və qanuni prosedurlara tabe olmaq, bununla bağlı hazırlanan əlaqədar sənədləri təyin olunduğu sahə üzrə tətbiq etmək.
2. Keyfiyyətə Nəzarət ilə əlaqədar standartların təqibini həyata keçirmək və aktual olanların istifadə etmək.
3. Müştəri şikayətlərini təqib etmək, bunlarla əlaqədar təhlil və araşdırmaların aparılaraq lazımi tədbirlərin görülməsini təmin etmək, lazımi hallarda satış qrupu ilə müştəri ziyarətlərində iştirak etmək.
4. Təsbit etdiyi uyğunsuzluqları hesabat şəklində rəhbərinə bildirmək, aradan qaldırılmasını, qeydlərin tutulmasını və əlaqədar yerlərə çatdırılmasını təmin etmək.
5. Laboratoriya cihazlarının kalibrləmə vəziyyətini təqib etmək, vaxtaşırı kalibrləmələrin aparılmaları üçün ehtiyacı qeyd etmək, doğrulama əməliyyatlarını həyata keçirmək və hesabatlarını hazırlayaraq mühafizə etmək, kalibrləmə müddəti keçmiş olan cihazlar haqqında məlumat vermək.
6. Bütün fəaliyyətləri ilə əlaqədar risk qiymətləndirmələrini aparmaq, lazım olduqda düzəldici fəaliyyətləri planlaşdırmaq.
7. Zavodun fəaliyyəti ilə əlaqədar qanunvericiliyə və iş prosedurlarına riayəti təmin etmək, bunların həyata keçirilməsini davamlı olaraq izləmək
8. Görülən işlər ilə əlaqədar hər cür qeydlərin tutulmasını, sənədlərin tənzimini, müəyyən olunmuş məlumat axını, iş axını və hesabat sistemlərinə görə lazımi işləri təyin və tətbiq etmək.

·        Bacarıqlar
               Problem həll etmə, qərar qəbuletmə qabiliyyəti, analitik düşünmə qabiliyyəti.  
               İşgüzar ünsiyyət bacarığı.
               Komandada işləmə bacarığı.

CV-nizi mövzu yerinə Keyfiyyət mühəndisi yazaraq Hr.steel@akkord.az e-mailinə göndərə bilərsiniz.

 

"Akkord Steel Construction Company" MMC metal konstruksiya üzrə Mühəndis konstruktorların işə qəbulunu elan edir. Namizəddən tələblər aşağıdakılardan ibarətdir:

·         Tələb olunan təhsil
              Ali texniki təhsilli

·         Tələb olunan iş təcrübəsi
              5 il metal konstruksiya sahəsində iş təcrübəsi

·         Xarici dil biliyi
              İngilis və Rus dillərində (ümümi və texniki sahədə) yaxşı biliyi olanlara üstünlük verilir.

·         Tələb olunan kompüter bilikləri
               1. Tekla
               2. Solidworks
               3.  Autocad
               4. Microsoft Ofice

·         Vəzifə funksiyaları
               1. Avtomatik vasitələrdən istifadə etməklə məmulatlann eskiz, texniki və işçi layihələrini işləyib hazirlayır.
               2. İşləri, hazırlanacaq konstruksiyaları texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini, eləcə də onların standartlaşmış vahid şəkilə salınmış hissə və yığım vahidlərindən istifadəsini təmin edir.
              3. Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin edir.
              4. Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir.
              5. İşçi layihələrini yoxlayır və layihələrin, işin ix­tisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır.
              6. Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tər­tib edir.
              7. Təcrübə üçün hazırlanmış nümunənin quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin  sənaye nümunələrinin hazırlanması, ixtiralar üçün sifariş tərtib edilməsi, eləcə də konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə,vahid şəklə salınmasında, standart layihələrin işlənib hazırlanmasında iştirak edir.
 ·         Bacarıqlar

               1.  Problem həll etmə, qərar qəbuletmə qabiliyyəti, analitik düşünmə qabiliyyəti.
               2.  İşgüzar ünsiyyət bacarığı.
               3.  Komandada işləmə bacarığı.

CV-nizi mövzu yerinə Mühəndis konstruktor yazaraq Hr.steel@akkord.az e-mailinə göndərə bilərsiniz.


"Akkord Steel Construction Company" MMC metal konstruksiya üzrə Qaynaqçı mühəndisi vəzifəsi üzrə işə qəbulunu elan edir. Namizəddən tələblər aşağıdakılardan ibarətdir:

1. Ali texniki təhsilli olması

2. Autocad, Microsoft Ofice proqramlarının bilmək

3. Ümumi 10 il iş təcrübəsi və minimum 3 il qaynaqçı mühəndis iş təcrübəsi

CV-nizi mövzu yerinə Qaynaqçı yazaraq Hr.steel@akkord.az e-mailinə göndərə bilərsiniz.