Rəhbərlik

                                                                                 Həsənov Eyvaz Şəfi oğlu
                                                                       Akkord Steel  Construction Company MMC-nin direktoru

     Həsənov Eyvaz Şəfi oğlu 1962-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. 1983-cü ildə Yaroslav Politexnik İnstitunu n  Avtomexanika fakultəsinə daxil olmuş və 1989-cu ildə “Daxili Yanma Mühərrikləri” ixtisası üzrə institutu bitirmişdir. 1982-ci ildə Mingəçevir şəhərində yerləşən “Texniki-Rezin Məmulatları Zavodu”-na işə qəbul olaraq istehsalat direktoru vəzifəsinədək yüksəlmişdir. 2010-cu ildə Akkord Korporasiyasının daxilində fəaliyyət göstərən “Mingəçevir Maşınqayırma Zavodu”-nda sex rəisi kimi fəaliyyətə başlamışdır. 2016-cı ilin noyabr ayından Akkord Korporasiyasının törəmə şirkəti olan Akkord Steel  Construction Company MMC-nin direktoru təyin edilmişdir. Evlidir. 2 övladı var.
                                       
                                                                  Həsənov Sıracəddin Əşrəf oğlu

                                                                             İstehsalat üzrə direktor müavini                                                                                     

  Həsənov Sıracəddin Əşrəf oğlu 1948-ci ildə Ermənistan Respublikasının Sisian rayonunda anadan olmuşdur.1966-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun İqtisadiyyat fakultəsinə daxil olmuş və 1972-ci ildə iqtisadçı-mühəndis ixtisası üzrə institutu bitirmişdir. 1969-cu ildə “Bakı fəhləsi” maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildən Yusif Qasımov adına maşınqayırma zavodunda usta və sex rəisi vəzifələrində işləmişdir. 1988-ci ildən T.K.Petrov adına maşınqayırma zavoduna direktor təyin edilmişdir. 2002-ci ildən Zabrat maşınqayırma zavodu ASC-nin idarə heyyətinin sədri vəzifəsinə təyin edilib. 2016-cı ilin may ayından etibarən Akkord Korporasiyasının törəmə şirkəti olan Akkord Steel Construction Company MMC-nin Zəyəm texnologiyalar parkının müdiri və oktyabr ayından etibarən  istehsalat üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Evlidir. 3 övladı var.

         

Axundov Fərrux Məmmədağa oğlu
Ümumi məsələlər və satış üzrə direktor müavini

   Axundov Fərrux Məmmədağa oğlu 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan İnşaat mühəndisləri institutunun inşaat mühəndisi fakultəsinə daxil olmuş və 1990-cı ildə su təsərrüfatı və kanalizasiya ixtisası üzrə institutu bitirmişdir. 1976-cı ildə  Nazirlər Sovetinin Geologiya İdarəsində laborant kimi işə başlamış və şöbə müdiri vəzifəsinə kimi yüksəlmişdir.1982-ci ildə Bakı baş su kəməri idarəsində şöbə müdiri vəzifəsində işləməyə davam etmişdir. 1994-cü ildən Məişət Xidməti Nazirliyinin Zərgər müəssisəsində direktor müavini təyin edilmişdir. 1998-ci ildən "Reinbo" şirkətində vitse president çalışmışdır. 2007-ci ildən Akkord Korporasiyasında müxtəlif vəzifələrdə çalışmışdır. 2014 cü ilin dekabr ayından Akkord Korporasiyasının törəmə şirkəti olan "Akkord Steel Construction Company" MMC-nin ümumi məsələlər və satış üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Evlidir. 2 övladı var.

                  

                                              Məmmədov Orxan Arif oğlu
                                        Baş mühəndis 

  Orxan Arif oğlu Məmmədov 31 iyul 1982-ci ildə  Kəlbəcər rayonunun Qılınclı kəndində anadan olub. 1999-cu ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2003-cü ildə universitetin Metallurgiya, Qara əlvan metalların tökmə istehsalı ixtisasını fərqlənmə ilə bitirib. 2003-cü ildə təhsilini davam etdirmək üçün həmin universitetin magistratura pilləsi üzrə qəbul olub və 2005-ci ildə eyni ixtisas üzrə magistraturanı fərqlənmə ilə bitirib. 2010-2014-cü illərdə Milli Elimlər Akademiyasında Xalkogenidlərin fiziki-kimyəvi tədqiqi üzrə aspiranturada təhsil alıb. Əmək fəaliyyətinə 2003-cü ildə “Baku Steel Company” MMC-də Soba və Soba-çalov poladəridən köməkçisi, poladəridən, usta, baş usta vəzifəsi üzrə başlayıb. 2012-ci ilədək həmin zavodda Sahə rəisi, Baş texnoloq müavini, Sex rəisi, Direktor müavini vəzifələrini icra edib. 2013-2014-cü illərdə Bakı Poladtökmə zavodunda  İstehsalat  direktoru, İdarə heyətinin sədri vəzifələrində çalışıb. 2014-2015-ci illərdə “Synergy Group Fibrosement” layihəsində Baş mexanik işləyib. 2015-2016-cı illərdə Azertexnolayn MMC –də Baş texnoloq vəzifəsində çalışıb. 2016-cı ildən isə “Akkord Stee Construction Company” MMC-nin baş mühəndisi vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.

 

                              Ağayev Çingiz Heydər oğlu
                              Xırdalan Metal Tökmə Zavodunun müdiri

   Ağayev Çingiz Heydər oğlu 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə D.Bünyadzadə adına Xalq təsərrüfatı İntitutuna daxil olmuş və 1985-ci ildə iqtisadçı ixtisası üzrə institutu bitimişdir. 1985-ci ildə Bakı Ulduz zavodunda mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə ”ETİ” müəssisəsində iqtisadçı kimi işləmişdir. 1990-cı ildən sahibkar kimi şüşə, plastmas sexləri, daha sonralar isə metal tökmə sexləri idarə etmişdir. 2016-cı ilin fevral ayından etibarən Akkord Korporasiyasının törəmə şirkəti olan "Akkord Steel Construction Company" MMC-nin metal əritmə sahəsi və təchizat üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Evlidir. 2 övladı var.

                                                                                       Yılmaz Ayhan Bilal oğlu
                                                                                     Xırdalan Metal Konstruksiyalar Zavodunun müdiri

  Yılmaz Ayhan Bilal oğlu 1968-ci ildə Türkiyə Cumhuriyyəti Məsudiyyə-Ordu şəhərində anadan olmuşdur. 1990-cı ildə Hacettepe Universitetinin Zonquldak mühəndislik fakultəsinə daxil olmuş və 1994-cü ildə makina mühəndisliyi ixtisası üzrə universiteti bitirmişdir. 1995-ci ildə Kardemir Demir-Çelik fabrikində mühəndis kimi əmək fəaliyyətinə başlamış və qısa müddətdə baş mühəndis vəzifəsinə yüksəlmişdir. 1998-2006-cı  illərdə ETA Makina müəssisəsində istehsalat müdiri, 2006-2007-ci illərdə SC İndustri AŞ müəssisəsində layihə rəhbəri, 2007-2013-cü illərdə Meta Makina müəssisəsinin direktoru, 2013-2014-cü illərdə SC İndustri AŞ müəssisəsində layihə rəhbəri çalışmışdır. 2014-cü ilin avqust ayından etibarən Akkord Korporasiyasının törəmə şirkəti olan "Akkord Steel Construction Company" MMC-nin "Xırdalan Metal Konstruksiyalar Zavodu"-nun müdiri  vəzifəsinə təyin edilmişdir. Evlidir. 1 övladı var.

 

Atakişiyev Əmircan Ərziman oğlu
Balaxanı Metal Məmulatları Zavodunun müdiri

Atakişiyev Əmircan Ərziman oğlu 1958-ci ildə Quba rayonunda anadan olmuşdur. 1977-ci ildə Bakı politexnik İnstitutunun Metallurgiya fakultəsinə daxil olmuş və 1982-ci  ildə mühəndis-metallurq ixtisası üzrə institutu bitirmişdir. 1985-ci ildə Bakı Mərkəzi Elektriktökmə zavodunda əmək fəaliyyətinə başlamış  və texniki direktor vəzifəsinədək yüksəlmişdir. 2015-ci ildə "Bakı Steel Construction" MMC-nin baş direktoru vəzifəsinə təyin edilmiş, 2016-cı ildə isə Bakı AVS MMC-nin direktoru təyin edilmişdir.  2016-cı ilin sentyabr ayından etibarən Akkord Korporasiyasının törəmə şirkəti olan "Akkord Steel Construction Company" MMC-nin "Balaxanı Metal Məmulatları Zavodu"-nun müdiri  vəzifəsinə təyin edilmişdir. Evlidir. 2 övladı var.

 

                                                                               Əliyev Çingiz Alim oğlu
                                                                                     Zəyəm Texnologiyalar Parkının müdiri

  Əliyev Çingiz Alim oğlu 1963-cü ildə Qazax rayonunda anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Neft və Kimya institutunun istilik energetika mühəndisliyi fakultəsinə daxil olmuş və 1985-ci ildə mühəndis-energetik ixtisası üzrə institutu bitirmişdir. 1985-ci ildə Az.DRES-də mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə Mingəçevir Yol Tikinti maşınları təmiri zavodunda mühəndis kimi işləmişdir. 1990-1994-cü illərdə Qazax Konserv zavodunda mühəndis, 2011-2014-cü illərdə ilə "Hidroenerji Montaj Quraşdırma" müəssisəsində mühəndis işləmişdir. 2016-cı ilin mart ayından etibarən Akkord Korporasiyasının törəmə şirkəti olan Akkord Steel Construction Company MMC-nin Quraşdırma şöbəsində layihə rəhbəri oktyabr ayından isə "Zəyəm Texnologiyalar Parkı"-nın müdiri vəzifəsinə təyin edilmişdir. Evlidir. 3 övladı var.

 

                                                                                 Məbudov Məbud Nazim oğlu
                                                                                     Mingəçevir Maşınqayırma Zavodunun müdiri

  Məbudov Məbud Nazim oğlu 1962-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1984-cü ildə Yaroslav Politexnik İnstitunun Avtomexanika fakultəsinə daxil olmuş və 1989-cu ildə Avtomobillər və avtomobillərin təsərrüfatı ixtisası üzrə institutu bitirmişdir. 1979-cu ildə Mingəçevir qum-çınqıl zavodunda əmək fəaliyyətinə başlamış və mühəndis-mexanik vəzifəsinə yüksəlmişdir. 2002-2010-cu illərdə Azpetrol şirkətində növbə rəisi vəzifəsində işləmişdir. 2010-cu ildə Akkord Korporasiyasının daxilində fəaliyyət göstərən "Mingəçevir Maşınqayırma Zavodu"-nda keyfiyyət mühəndisi və sex rəisi işləmişdir. 2016-cı ilin noyabr ayından Akkord Korporasiyasının törəmə şirkəti olan "Akkord Steel  Construction Company" MMC-nin "Mingəçevir Maşınqayırma Zavodu"-nun müdiri vəzifələrinin müvəqqəti icra edir. Evlidir. 2 övladı var.