Kadr Siyasəti

        Cəmiyyət üçün ən önəmli dəyərlərdən biri insan amilidir. Şirkətimiz insan amilinə yüksək qiymət verən kadr siyasəti çərçivəsində fəaliyyət göstərir. Şirkətimiz ən dəyərli kapitalının işçi heyəti olduğunu bilir və bu heyətin effektiv idarə olunması təmin edir.   
     Cəmiyyət rəhbərliyi şirkətimizin ehtiyac duyduğu insan resursunu ən optimal şəkildə təmin etmək, onu motivasiya və karyera sisteminə uyğun inkişaf etdirmək, mükafatlandırmaq, davamlılığını təmin etmək üçün müvafiq proqram və strategiyalar hazırlayaraq tətbiq edir və kadr siyasətini qurarkən personalın peşəkarlığının daim artmasına, öz işində ən qabaqcıl texnologiyalardan istifadə etməsinə hər zaman önəm verir.
      Bununla yanaşı Azərbaycan Respublikasının qanunlarının tələblərinə, işçilərin hüquq və vəzifələrini tənzimləyən müəyyən olunmuş norma və qaydalara ciddi əməl edilməsinə, xidməti və peşə borcunun yerinə yetirilməsinə, şirkətimizdə çalışan hər işçiyə etimad və hörmətlə yanaşılmasına ciddi diqqət yetirir.
         İstiqamətlər:
         İnsan resurslarının seçilməsi – bərabər imkanların yaradılması prinsipinə uyğun olaraq müsabiqə (test, peşə sınaq imtahanları və müsahibə) yolu ilə işçilərin seçilməsi;
         Davamlı inkişaf – İl ərzində 2 dəfə işçilərin hazırlıq və peşəkarlığını artıra biləcək təlimlərin müəyyənləşdirilməsi və təşkili;
       Karyera yüksəlişinin planlaşdırılması - işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi vasitəsilə vəzifə funksiyalarının icra vəziyyətinin və səriştələrinin ölçülməsi nəticəsində vəzifədə irəli çəkilməsi;
        Motivasiyanın idarə edilməsi – İşçilərin maddi və qeyri-maddi (psixo-sosial) ehtiyaclarını müəyyən edərək onların səmərəli fəaliyyətini təmin edən həvəsləndirmə sisteminin qurulması və tətbiqi;
       Sosial təminat – Əmək kollektivlərində işçilərin səmərəli fəaliyyətini və hüquqlarının qorunmasını təmin edən sosial-təminat sisteminin inkişaf etdirilməsi;   
       Əməyin mühafizəsi – İşçilərin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi.
       Fəaliyyət istiqamətləri üzrə tədbirlər:

  1. Kadr potensialına və personala olan tələbatın kəmiyyət və keyfiyyət üzrə müəyyənləşdirilməsi, təhlili və tətbiq edilməsi;     
  2. Vakant yerlərə işçilərin seçilməsi, yerləşdirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  3. İşçilər tərəfindən lazımi bilik, bacarıq və davranışların qazanılması məqsədi ilə təlim, inkişaf planlarının hazırlanması və həyata keçirilməsi;
  4. İşçilərin şirkət daxilində daimi inkişafını təmin edən, onların bilik, bacarıq və məsuliyyət səviyyəsi nəzərə alınaraq potensialını aşkara çıxaran və obyektiv əsaslarla vəzifədə irəli çəkilməsinə xidmət edən karyeranın idarə edilməsi sisteminin qurulması;
  5. Funksiyaların icrası zamanı beynəlxalq standartlara uyğunluğun təmin olunması, operativliyə imkan verən yeni texnologiyaların tətbiqi, proseslərin avtomatlaşdırılması;
  6. İnsan resurslarının idarə edilməsi proseslərinin Cəmiyyətin bütün struktur vahidlərində qabaqcıl üsullarla, eyni prinsiplər əsasında planlaşdırılması, həyata keçirilməsi və nəzarətdə saxlanılması;
  7. İşçilərin maddi və qeyri-maddi mükafatlandırılması və sığortalanması;
  8. Kollektivdə əmək gərginliyinin səviyyəsinin müəyyən edilməsi;
  9. Sağlamlıq, ətraf mühitin qorunması, texniki təhlükəsizlik prinsiplərinə uyğun iş şəraitinin təmin edilməsi.
    Biz şirkətimizin rəqabətli bazarda qarşısına qoyduğu böyük hədəflərə nail olması və yeni uğurlar qazanması üçün böyük səylə çalışırıq. Tətbiq etdiyimiz Performansın idarə edilməsi proqramı performans göstəricilərini yüksəltməyə və optimallaşdırmağa imkan verir, işçilərdə inkişaf etmək və irəliləmək üçün stimul yaradır. Məqsədimiz yüksək keyfiyyətli məhsul təqdim edən dünya səviyyəli şirkət olmaqdır. Dəyər qatmaq, hörmət göstərmək və həyata keçirmək – gündəlik fəaliyyətimizin bünövrəsini təşkil edən dəyərlərimizdir.