Haqqımızda

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı  "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, metalkonstruksiya, metaltökmə və maşınqayırma sahələrində də sürətli inkişaf gedir.                                                                                                                                                                                                                                                                                    “Akkord Steel Construction Company” MMC-nin tərkibində fəaliyyət göstərən Xırdalan şəhərində “Xırdalan Metal Konstruksiyaları Zavodu”, “Metaltökmə Zavodu”, Balaxanı qəsəbəsində “Balaxanı Metal Məmulatları Zavodu”, Mingəçevir şəhərində “Mingəçevir Maşınqayırma Zavodu”, Şəmkir rayonunun Zəyəm qəsəbəsində “Zəyəm Texnologiyalar Parkı” müasir Azərbaycan Respublikasının ən qabaqcıl metalkonstruksiya, metaltökmə, maşınqayırma sahələrindən biri kimi ixtisaslaşıb.                                         Zavodlarda əsasən Finlandiya, Almaniya, Türkiyə, ABŞ, Rusiya istehsalı olan avadanlıqlar, 3 və 4 oxlu silindrlər (vals), plazma aparatları, X, Y, Z oxları üzrə kəsmə, deşmə, yonma dəzgahları, kəsim mişarları, boru, bucaqlıq, şveller əyən dəzgahlar, tozaltı və qazaltı qaynaq aparatları, torna, frezləmə, burğu, pardaxlama, dişaçma, isgənə dəzgahları, metaltökmə üçün müasir induksion əritmə sobaları, qumlama-boyama xətti, hopdurma metodu ilə boyama xətti fəalliyyət göstərir.                                                                Dinamik inkişaf edən Şirkətimiz müasir dövrün təlabatına uyğun olaraq keyfiyyətli kadrların, yüksək ixtisaslı mühəndislərin seçilməsini və onların səmərəli yerləşdirilməsini təmin edir. Üzərimizə götürdüyümüz bütün layihələr zavodlarımızda fəaliyyət göstərən mühəndislərin nəzarəti altında uğurla həyata  keçirilir.                                                                   Zavodlarımızda dünya standartlarına cavab verən, müasir dəqiq analizlər aparmaq imkanı yaradan, Finlandiya, Almaniya, ABŞ, Türkiyə kimi aparıcı ölkələrinin istehsalı olan yüksək keyfiyyətli avadanlıqlarla təchiz olunmuş və sertifikatlaşdırılmış mərkəzi laboratoriya qurulmuşdur. Müəssisədə böyük abadlaşdırma işləri həyata keçirilmiş, bunun sayəsində zavod ərazisində ekoloji cəhətdən təmiz mikroklimatın yaradılmasına nail olunmuşdur.                                                                                                                                      İstehsal olunan məhsulların keyfiyyəti İSO 9001-2010 beynəlxalq standartın tələblərinə tam cavab verdiyini nəzərə alaraq Azərbaycan Respublikası Metrologiya və Patent Üzrə Dövlət Komitəsi tərəfindən zavodlar uyğunluq sertifikatına layiq görülübdür.                                                                                                                                                                 “Akkord Steel Construction Company” MMC daxili və xarici bazara özünün təqdim etdiyi keyfiyyətli məhsullarıyla qürur duyur.