“Larsen & Toubro” şirkətinin nümayəndə heyyəti “Akkord Steel Construction Company” MMC-nin iş prosesi ilə tanışlığı

      22 dekabr 2016-cı il tarixdə Bakıya gələn “Larsen & Toubro” şirkətinin vitse-prezidenti, Hydrocarbon Construction and Pipelines International” şirkətinin rəhbəri cənab Dip Rac Saksenanın başçılıq etdiyi nümayəndə heyəti  Akkord Steel Construction Company” MMC-nin rəhbərliyi ilə Xırdalan Metal Konstrusiyaları zavodunda  görüş keçirdiblər.         
     Zavoda səfəri zamanı cənab Saksena bütün sexlərin iş prosesiylə və istehsal olunan məhsulların nomenklaturası ilə tanış oldu. Zavodla tanışlıqdan sonra istehsal səmərəliliyinin və idarəetmə prosesinin yüksəldilməsi məqsədi ilə şirkətin yenidən qurulmasına aid məsələlər müzakirə olundu. Müzakirə zamanı istehsal müəsissələrinin idarə edilməsində öz təcrübəsini bölüşən cənab Dip Rac Saksena şirkətin mövcud quruluşunun güclü və zəif tərəflərini qeyd etdi və işlərin səmərəliliyinin yüksəldilməsi üçün öz tövsiyəsini verdi.     
     Qeyd edək ki, “Larsen & Toubro Hydrocarbon Engineering” dünyada nef-qaz sektoru üçün mühəndis xidmətlərinin tam spektrinin təmin edilməsində dünya üzrə liderlərdən biridir.