Akkord Korporasiyasından metal və polad konstruksiyaları sənayesinin inkişafına yeni töhfə

05 oktyabr 2016-cı tarixində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, “Akkord Steel Construction Company” MMC və İspaniya şirkəti olan “Grupo Sarralle” arasında əməkdaşlıq sazişi imzalanıb. İmzalanmış sənədə əsasən tərəflər metal və polad konstruksiyaların layihələndirmə, dizayn, konsaltinq, maşınqayırma, polad konstruksiyalarının, eləcə də, polad mebelin istehsalı sahəsində əməkdaşlıq etmək niyyətindədirlər. Özəl və müstəqil sənaye şirkəti olan "Grupo Sarralle" ağır tikinti avadanlıqlarının layihələndirilməsi, dizaynı və istehsalı üzrə ixtisaslaşmışdır. 60-cı illərdə qurulan şirkət, polad istehsalı və emal sənayesinin birinci dərəcəli müştəriləri üçün beynəlxalq layihələrin həyata keçirilməsi üzrə 50 ildən artıq təcrübəyə malikdir. Aparıcı beynəlxalq şirkət olan "Grupo Sarralle" altı biznes istiqaməti üzrə fəaliyyət göstərir və şirkətin doqquz ölkədə nümayəndəlikləri mövcuddur.