“Akkord Steel Construction Company” MMC “İlin şirkəti 2015” mükafatına layiq görüldü

Dekabrın 16-da Bakıdakı “JUMEIRAH BILGAH BEACH HOTEL”də  “Consulting & Business” jurnalının təşkilatçılığı ilə “İlin şirkəti 2015” mükafatının təntənəli təqdimetmə mərasimi keçirilib.

Ölkə biznes mühitinin ən yaxşı nümayəndələrinin seçilməsi üçün təşkil edilmiş tədbirdə “Akkord Steel Construction Company” MMC “Müasir texnika və texnologiyanın tətbiqində lider” nominasiyası üzrə “İlin şirkəti 2015” mükafatına layiq görülüb.