Bakı-Şamaxı magistral avtomobil yolunda metalkonstruksiya tipli yerüstü piyada keçidinin quraşdırılması işi davam etdirilir

          Piyadaların avtomobil yollarını rahat keçməsinin təmin edilməsi,  piyada keçidlərində qəzalı halların aradan qaldırılması və avtonəqliyyat vasitələrinə təhlükəsiz və maneəsiz hərəkəti şəraitinin yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icra edilməsi üçün “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər görülür.                                                                                                                            Bu tədbirlər çərçivəsində inşa edilən metalkonstruksiya tipli yerüstü piyada keçidlərinin hazırlanmasında və quraşdırılmasında Akkord  Korporasiyasının təsisçisi olduğu “Akkord Steel Construction Company” MMC-də fəal iştirak edir.                                                                                                                                                               
          Bakı-Şamaxı avtomobil yolunun 13+290 kilometrində, Müşviqabad qəsəbəsinin ərazisindən keçən hissəsində inşa edilən yerüstü piyada keçidinin metalkonstruksiya hissələri Xırdalan Metal Konstruksiyaları zavodunda hazırlanaraq uzunluğu 38.70 m, piyada hərəkət hissəsinin eni 4.4 metr, yer səthindən hündürlüyü 5.5 metr olan yerüstü piyada keçidinin quraşdırılmasına 12.12.2016-cı il tarixində başlanılmışdır. Yaxın zamanda yerüstü piyada keçidi piyadaların istifadəsinə veriləcək.