“Şəmkir Aqropark”ın ərazisində tikilən “Logistika Mərkəzi”nin metal konstruksiya işləri davam etdirilir.

         “Şəmkir Aqropark”ın ərazisində tikilən “Logistika Mərkəzi”nin hündürlüyü 30.5m, 145.5x146.7=21345 m2 sahəni əhatə edən,  ümumi çəkisi 2500 ton olan  metal konstruksiyanın istehsalı və quraşdırılması  hal-hazırda “Akkord Steel Construction Company” MMC-nin tərkibindəki 3 zavodun iştirakı ilə  müvəffəqiyyətlə davam etdirilir, yaxın zamanda Mərkəzin istifadəyə verilməsi nəzərdə tutulur.                                                                                              Qeyd edək ki, “Logistika Mərkəzi” soyuducu  və çeşidləmə anbarlarından ibarətdir. Mərkəzdə meyvə-tərəvəzləri saxlamaq üçün, 20,2 min ton uzunmüddətli, 2 min ton qısamüddətli soyuq kameralar mövcud olacaqdır.