Balaxanı Metal Məmulatları Zavodu (Balaxanı qəsəbəsi)

         Azərbaycan, Bakı, Balaxanı qəsəbəsi.
         Ərazisi: 1 500 m2
       Balaxanı Metal Məmuları zavodunda istehsal əsasən 2 istiqamətdə aparılır: metal məmulatlar; paslanmayan materiallar.                                                                                                                                                                        Müəssisə bütün müasir standartlara cavab verən Hollandiya, Almaniya və ABŞ istehsalı olan texniki avadanlıqlarla təchiz olunmuşdur.                                                                                                                                       Müəssinin metal məmulatlar istehsal edən sexlərinin illik istehsal gücü 1 200 ton metal emala bərabərdir. Burada kompyuter, sayğac və yanğından mühafizə avadanlıqları üçün şitlər, elektrik paylayıcı şitlər, dəmir qapılar, metal mebellər, oturacaqlar, zibil qabları, bank, ofis, anbar və mağazalar üçün müxtəlif ölçülü metal konstruksiyalar, arxiv, kitabxana, mühasibatlıq üçün metal dolablar, hər növ avtomaşınlar üçün istənilən ölçüdə qapalı kuzovlar, vaqon tipli yaşayış otaqları və s. istehsal edilməkdədir.                                                                                                         Zavodun paslanmayan material sexləri Türkiyə və Rusiyadan gətirilən xammaldan- 114, 90, 76, 51, 38, 16 mm-lik paslanmayan borulardan istifadə olunmaqla, sürahilər, məhəccərlər, işıqlanma dirəkləri, müxtəlif dayaqlar, tutacaqlar, memarlıq-dizayn elementləri, xüsusi aksesuarlar, çərçivələr və baryerlərin istehsalı üzrə ixtisaslaşıb. Emal prossesində əsasən ABŞ istehsalı olan arqon qaynaq aparatları tətbiq edilməkdədir. Müəssisə yalnız istehsalla məşğul olmayıb, eyni zamanda, peşəkar lahiyələndirmə və montaj işlərini də həyata keçirməkdədir.