Mingəçevir Maşınqayırma və Metal Konstruksiyaları Zavodu (Mingəçevir şəhəri)

       Azərbaycan, Mingəçevir şəhəri
      Ərazisi: 7 hektar
      İllik istehsal gücü: 6 000 ton
     "Mingəçevir Maşınqayırma Zavodu"-nda istehsal əsasən 2 istiqamətdə aparılmaqdadır: metal konstruksiyalar və dam örtükləri
    İstehsal edilən metal konstruksyalara sement zavodları və aqrar sektorun servis sahələri üçün müxtəlif metal konstruksiyalar, mülki tikinti işlərində, habelə, yol və körpü tikintisi sahələrində istifadə edilən dəmir-beton məmulatları üçün metal qəliblər, avtonəqliyyat vasitələri və müxtəlif növ texnikalar, qum-çınqıl karxanaları, beton və asfalt zavodları üçün metal ehtiyat hissələri (roliklər, bunkerlər, ələklər və s.), maşınqayırma sahələrinə tələb olunan bütün növ məhsullar (vallar, oxlar, dişli çarxlar, muftalar və s.) aiddir.
    Mingəçevir Maşınqayırma Zavodu"-nda eyni zamanda, Finlandiyanın öz avtomatik xəttlərilə məşhur SAMESOR OY firmasının istehsalı olan bir avtomatik xətt fəaliyyət göstərməkdədir. Xəttin aylıq istehsal gücü 500 tondur. 
   Xəttdə eni 1 200 mm, uzunluğu 2 200 mm dam örtükləri istehsal olunur. Bununla birgə, müəssisə sifarişçilərin tələbinə uyğun müxtəlif uzunluqda dam örtüyü istehsal etmək imkanlarına da malikdir. Dam örtüklərinin özləri ilə yanaşı, zavodda Finlandiyanın MACRİNG firmasının 12 çeşiddə dam örtükləri aksessuarları istehsal edən 3 avtomatik xətti də fəaliyyət göstərməkdədir. Bu xəttlərdə boru, nov, mahiyyə, qazan, daxili və xarici künclüklər, su axıdıcı dirsək, nov və boru bərkidiciləri və s. kimi dam örtüyü aksessuarları istehsal edilməkdədir. Müəssisənin nəzdində, eyni zamanda peşəkar lahiyələndirmə və montaj bölümləri də fəaliyyət göstərməkdədir.