Zəyəm Texnologiyalar Parkı MMC (Şəmkir şəhəri)

    Regionda nadir layihə olan ZTP Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadirdir. Zəyəm Texnologiyalar Parkı (ZTP) regionda texnoparkların yaradılmasında qabaqcıl olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng kompleksdir. Texnoparkın məhz Şəmkirdə yaradılması Azərbaycanın iqtisadi cəhətdən inkişafına əhəmiyyətli dərəcədə təkan verməklə yanaşı, vaxtilə Qafqazda sənaye mərkəzi kimi yaradılan Azərbaycanın tarixi ənənələrinin bərpası deməkdir. —2016-ci ilin Aprel ayının 8-də Akkord ZTP məhsul istehsalına başlamışdır. ZTP-nin bütün sexləri Avropa və Asiyanın tanınmış müəssisələrində istehsal olunmuş ən yeni texnoloji avadanlıqla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammallar da Avropanın qabaqcıl ölkələrindən idxal olunur.
    Ümumi sahəsi 7,1 hektar olan zavodun tikililərinin  sahəsi 1,3 hektardır. Zavodun istahsal gücü 500 ton/ay-dır. —Zavod ağır metal konstruksiyaların emalı  ilə məşğuldur (Bina və körpü tikintilərı üçün və.s). Hal-hazırda Şəmkir Aqropark lahiyəsinə ilkin nəzərdə tutulmuş 1800 ton metalkonstruksiya istehsalı üçün lazım olan texniki imkanlara malikdir.— Eyni zamanda müxtəlif təyinatlı kənd təsərrüfatı maşın və avadınlıqlarının istehsalı nəzərdə tutulub. Bunlara daxildir: qoşqu, kotan, gübrələmə və dərmanlama maşınlarının istehsalı. Bundan əlavə Azərbaycanda ilk dəfə olaraq yüksək təzyiqli qabların istehsalı nəzərdə tutulmuşdur. Bunlara daxildir; müxtəlif növ sisternlər, yer altı və yer üstü çənlər, qazanlar, kompressorlar və.s
    Zavodda mexaniki emal sahəsində əymə, deşmə və.s işlər görməklə əlavə olaraq zavodun 200 ton/ay istehsal gücünü artırmaq mümkündür. Bu sahədə zavodun yüksək texnoloji imkanları mövcuddur.  
    Bu gün ZTP-nin istehsalat sahələrində 30 işçi işləyir. Zavod tam gücü ilə işlədikdə işçi heyətinin sayı 150 nəfər də artacaq ki, bu da öz növbəsində sosial yaşayış standartlarının yaxşılaşdırılmasına zəmin yaradacaq. ZTP ərazisində Qumlama sexi, İstehsal sexi, Kompressor sexi, Ştamp sexi və Anbar fəaliyyət göstərir.
    Akkord ZTP Cənubi Qafqaz regionunda ilk dəfə olaraq müasir tipli istixana sistemi metal konstruksiyası emal etmək imkanına malikdir və bu istehsal sahəsinin bərpası  üzrə yerli və xarici mütəxəssislər dəvət olunmuşdur.