AGP MMC-nin zavodunda sinkləmə hovuzlarının istehsalı

   Sinkləmə zavodunda böyük sinkləmə hovuzlarının tikintisi, böyük dayaqların hazırlanması və digər metal konstruksiya işinin görülməsi üçün “AGP” MMC ilə “Akkord Steel Construction Company” MMC arasında 21.07.2015 tarixində müqavilə bağlandı.
    “Akkord Steel Construction Company” MMC-nin tərkibində olan 2 zavodumuz  300 tonluq metal konstruksiya işi olan layihənin icrasına başladı. "Xırdalan Metal Konstruksiyaları Zavodu"  və "Mingəçevir Maşınqayırma Zavodu" bu işi dəqiqliklə və məsuliyyətlə yerinə yetirdi.
  Yüksək ixtisaslı mühəndis-konstruktorlarımız tərəfindən müvafiq kompüter proqramlarında layihənin 3D modeli və çertiyojları hazırlanaraq istehsal prosesinə başlandı. Xammal qumlama və boyama aparatından keçdikdən sonra lazımı işlərin görülməsi qaynaqla davam etdirildi, əsas detallar kəsmə aparatlarında – mişarda və plazmada kəsildi, verilmiş diametrə uyğun dəliklər "AFD Radial" burğulama dəzgahında açıldı və istehsal olunan məmulatların keyfiyyəti yoxlanılaraq istehsalat prosesi yekunlaşdı.
      Daha sonra layihənin bərpası üçün istehsal olunmuş materiallar yük maşınlarına yüklənərək zavoddan layihənin tikintisi üçün məlum edilmiş yerə aparıldı, müasir və çox funksiyalı texnikalarla (kranlar və s.) quraşdırma işi başladı.
        Sinklənmə zavodundakı böyük sinklənmə hovuzlarının tikintisi 2015-ci ildə bitirilib