SƏTƏMM siyasəti

      Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 4-cü bəndində  deyilir: “Hər kəsin sağlam və təhlükəsiz əmək şəraitində işləmək hüququ vardır.” Respublikamızın Əmək Məcəlləsinin 209-cu maddəsidə deyilir: “Hər bir işçinin həyat və sağlamlığı müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulmalıdır." Ulu öndər Heydər Əliyev demişdir: “İstənilən hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan dəfələrlə asandır."      
         Bütün bu deyilənləri deviz kimi qəbul edərək Cəmiyyətimizdə Əməyin və Ətraf Mühtin Mühafizəsi məsələlərinə çox önəm verilir. İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması,istehsalatda baş vermiş bədbəxt hadisələrin və istehsalat qəzalarının sayının minumuma endirilməsi Əməyin Muhafzəsi üzrə qəbul olunmuş Siyasətimizin əsasını təşkil edir.    
        SƏTƏMM işinin təşkili OHSAS 18001-2007 (Əməyin mhafizəsi)və İSO 14001-2004 (Ətraf mühitin mühafizəsi) Beynəlxalq Standartlarının tələblərinə uyğun aparılır. Bunun nətcəsi kimi “Akkord Steel Constuction Company”MMC müvafiq standartların tələblərinə uyğun SGS şirkəti tərəfindən Sertifikatlara layiq görülmüşdür.
     İşçilərimiz peşələrinə uyğun olaraq keyfiyyətli fərdi mühafizə vasitələri,xüsusi geyim və xüsusi ayaqqabı və həkim xidməti ilə tam təmin edilmışlər. Sahələrdə yeməkxanalar fəaliyyət göstərir və işçilərimizə pulsuz nahar yeməyi verilir.
      İşçilər Əməyin Mühafizəsi üzrə dövrü olaraq təlimatladırılır və onlara təhlükəsiz iş üsulları öyrədilir. İşçilərimiz istehsalat zədələrindən və xəsarətlərindən sığortalanmışlar.
    “Akkord  Steel  Construction Company” MMC-nin  OHSAS 18001:2007 və İSO 14001:2004 Beynəlxalq standartlarının tələblərinə uyğun olaraq Əməyin mühafizəsi  və Ekologiya sistemlərinin daima təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi Siyasət aşağıdakı prinsiplərə əsaslanır:
      Azərbaycan Respublikasının qanunvericiliyinə, normativ-texniki tələblərə və qəbul edilən beynəlxalq aktlara uyğun olaraq əməyin və ətraf mühitin mühafizəsini təşkil etmək;
    Görüləcək bütün işlərdə təhlükəsizlik və ekologiya üzrə tədbirlərin öncədən planlaşdırılması və risklərin qiymətləndirilməsi;
      “Akkord  Steel  Construction Company” MMC-də çalışan bütün i.çilərin ekologiya və ətraf mühitin mühafizəsi sahəsindəki problemlərlə əlaqədar maarifləndirilməsi;
      Görülən bütün işlərdə əməyin mühafizəsi üzrə risklərin və ekoloji aspektlərin qiymətləndirilməsinə ciddi fikir verməklə qəza hallarının, enerji və su sərfinin minimuma endirilməsi;
    İnsanların təhlükəsizliyinə, sağlamlığına və ətraf mühitə zərər verə biləcək bütün təhlükələrin, ekoloji çirklənmələrin minimuma endirilməsi;
        Əməyin təhlükəsizliyi və ətraf mühitin  mühafizəsi üzrə məsuliyyətin bütün işçilər tərəfindən mənimsənilməsinin təmin edilməsi;
     İdarəetmə və texniki qərarların qəbulunda ekoloji amillərin ilk olaraq nəzərə alınması və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması;
       Beynəlxalq standartların tələblərinə uyğun olaraq ekoloji təhlükəsizlik sistemlərinin daima yaxşılaşdırılması və inkişaf etdirilməsi üçün müasir avadanlıqların, yeni texnika və texnologiyaların tətbiq edilməsi;
      OHSAS 18001:2007 və İSO 14001:2004 beynəlxalq standartlarının əsasında yaradılmış sağlamlığın qorunması və əməyin təhlükəsizliyinin təmin edilməsi, eləcə də ekoloji idarəetmə sistemlərinin rəhbərlik tərəfindən dəstəklənməsi və daima təkmilləşdirilməsi üçün müvafiq işlərin görülməsi.