Keyfiyyət Siyasəti

       “Akkord  Steel  Construction Company” MMC-nin başlıca məqsədi öz işində keyfiyyət prinsipini əsas tutaraq metal konstruksiya sahəsində keyfiyyətli metalkonstruksiyalar  və məhsullar istehsal etmək və digər xidmətlər göstərməklə müştərilərin tələblərini yüksək səviyyədə ödəməkdir.        
        Bununla əlaqədar olaraq zavod rəhbərliyi tərəfindən bu istiqamətdə aşağıdakı hədəflər müəyyənləşdirilmişdir:
      Qanunvericiliyin tələblərinə hörmətlə yanaşaraq və əməl edərək keyfiyyət idarəetmə sistemini davamlı olaraq yaxşılaşdırmaq;
       İSO 9001:2008 standartının tələblərinə uyğun olaraq  Keyfiyyət Menecment sistemini dəstəkləmək və inkişaf etdirmək;
    Müştərilərin tələblərini hərtərəfli öyrənmək ,istehsal olunan metal məhsulların və göstərilən xidmətlərin keyfiyyətini müştərilərin tələb və təkliflərinə uyğun olaraq daim yüksəltmək;
       Elm və texnikanın inkişafı ilə əlaqədar olaraq əməkdaşların peşəkarlıq səviyyəsini daim yüksəltmək və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün onların potensial imkanlarından istifadə etmək;
     “Akkord  Steel  Construction Company” MMC-nin  fəaliyyətinə və onun inkişafına təsir edən bütün normativ sənədlərin tələblərini yerinə yetirmək;
       Müştərilərin məmnunluğunu qazanmaq üçün “Akkord  Steel  Construction Company” MMC-nin daim yeniləşən infrastrukturunu yaratmaqla müqavilə şərtlərinə vaxtında keyfiyyətlə əməl etmək;
     “Akkord  Steel  Construction Company” MMC-nin  sərbəst fəaliyyət dairəsinin genişləndirilməsi üçün müştərilərin tələblərinə uyğun olaraq metal konstruksiya sahəsində keyfiyyətli metalkonstruksiyalar istehsalına nail olmaq;
     "Akkord  Steel  Construction Company” MMC-nin  beynəlxalq arenaya inteqrasiyasını təmin etmək,beynəlxalq arenada seçilən ən yaxşı metal konstruksiyalar şirkəti kimi tanınmaq.